AZ

U-19 millimizdən Moldovada ardıcıl ikinci qələbə

Moldovada təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ikinci yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, millimiz Kişinyov şəhərindəki hazırlıq çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüşdə millimiz 2:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində hər iki qolu Xanım Əsədova (27, 53) vurub.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyununda da millimiz 2:0 hesablı qələbə qazanmışdı.

error: Məzmun qorunur!
Seçilən
64
23
arena.az

10Mənbələr