Bakı. Trend:
Şuşa şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığıilə keçirilən yarmarka sentyabrın 21-dək “Güllü bağ”ın ərazisindədavam edəcək.
Yarmarkada Şuşa şəhərində və digər bölgələrdə fəaliyyət göstərən50-yə yaxın sahibkarın qida və qeyri-qida məhsulları, eləcə dəsənətkarların əl işləri nümayiş olunur və satışı həyata keçirilir.“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərininistehsal etdiyi məhsulları və xidmətləri geniş istehlakçıauditoriyasına tanıtmaqla satış imkanlarını genişləndirmək,həmçinin ölkənin müxtəlif bölgələrində çalışan sahibkarlar arasındaəlaqələrin qurulması və inkişaf etdirilməsidir.
“KOB FEST”in açılışında çıxış edən Şuşa rayonunda AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov vəKOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgi-satışyarmarkasının Dövlət Suverenliyi Günündə şəhər sakinləri vəsahibkarlarla birgə keçirilməsinin əlamətdar olduğunuvurğulayıblar. Qeyd olunub ki, belə tədbirlər Şuşa və ətrafbölgələrdən olan sahibkarların istehsal etdiyi məhsulların,sənətkarların əl işlərinin tanıdılması baxımdan əhəmiyyətlidir.
Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkilolunub.