Gürcüstanın paytaxtı Tbilisidə paracüdo üzrə Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) turnirin qalibi olub.
O, əvvəlcə 1/4 finalda moldovalı Oleq Kretula qarşılaşıb və qələbə qazanıb.
İ.Zəkiyev 1/2 finalda türkiyəli Gökhan Biceri ipponla üstələyib. Həlledici mərhələdə isə o, moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.
Qadınların mübarizəsində isə Dürsədəf Kərimova (J2, +70 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, İ.Zəkiyev Yay Paralimpiya Oyunlarının ikiqat qat qalibi, üçqat bürünc mükafatçısı, ikiqat dünya çempionu, mundialların gümüş və ikiqat bürünc mükafatçısı, on üçqat Avropa çempionudur.