AZ

Sumqayıt-Yalama dəmir yolu nə vaxt istifadəyə veriləcək?

“Mühüm layihələrdən biri də Şimal-Cənub dəhlizi üzrə əsas xətlərdən olan Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulmasıdır. İşlərin 2025-ci il ərzində başa çatdırılması planlaşdırılır”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“Sumqayıt-Yalama dəmir yolu xəttinin layihələndirilməsi işləri tamamlanıb, tikinti-quraşdırma işlərinin 93 faizdən çoxu yekunlaşıb.

Şimal-Cənub dəhlizi üzrə digər mühüm xətlərdən olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin enerji və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi, yenidən qurulması və tikintisi işləri də davam etdirilir. İşlərin icrasına 2024-cü ildən başlanılıb, sözügedən işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 55, tikinti-quraşdırma işlərinin 34%-i yerinə yetirilib”, – deyə məlumatda qeyd olunub.

MənbəBAKU.WS
Seçilən
14
2
banker.az

3Mənbələr