AZ

“Barselona”dan böyük transfer hərəkatı

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Barselona” “Mançester Siti”nin hücumçusu Erlinq Holannın xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, “Barselona” futbolçunu transfer etmək istəyir. "El Nacional" nəşrində dərc edilən xəbərə görə, “Barselona” futbolçunu mövsümün sonunda heyətinə qatmaq istəyir. İddialara görə, “Mançester Siti” Holann üçün 100 milyon avro tələb edə bilər. Bəzi mənbələr isə bu məbləğin 150 milyon avro ola biləcəyini irəli sürüb.

Qeyd edək ki, bundan əvvəl Erlinq Holannın adı “Barselona” və “Real Madrid”lə hallanmışdı. Holannın müqaviləsində onun İspaniya klublarına transferini asanlaşdıra biləcək bəndin olduğu barədə iddialar dərc edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
20
metbuat.az

10Mənbələr