Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin birinci yarısında Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 60 milyon 473 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə və ya 53 milyon 433 min dollar çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 7 milyon 40 min dollar təşkil edirdi.
Birinci yarımildə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Fransanın payı 1,9%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!