AZ

10 manatlıq şirkət 6.1 milyon manatlıq tenderin qalibi oldu

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması ilə bağlı açıq tenderə yekun vurub.

Qalib "ZN Trade" şirkəti seçilib.

Qalib şirkətə bunun üçün 6 milyon 110 min 691 manat ödənilcək.

Tenderin ehtimal olunan qiyməti 6 milyon 179 min 847 manat idi.

Şirkət daha öncə də Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzində müxtəlif vaxtlarda 12 milyon 371 min 549 manat, 12 milyon 225 min 218 manat, 449 min 723 manat dəyərində eyni adlı tenderlərin qalibi olub.

"ZN Trade" MMC 09 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 3/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Kərimov Nüsrəddin Yolçu oğludur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
azpolitika.info

2Mənbələr