AZ

Nazir müavini: Azad edilmiş ərazilərdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb

İşğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarında ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb.

 Eokologiya.az  xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib

O qeyd edib ki, meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Planları nəzərə alınmaqla Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonları ərazisində ümumilikdə 286 hektar meşə fondu sahəsində əkin və səpin işləri icra olunub:

"Həmçinin 2025-ci ilin payız əkin mövsümündə 240 hektar meşə fondu sahəsində əkin və səpin işlərinin aparılması nəzərdə tutulur. Bununla bağlı, hazırda ərazilərdə torpaq hazırlığı işləri davam etdirilir".

Seçilən
55
5
ekologiya.az

7Mənbələr