AZ

Yasamal rayonunun Cəfər Cabbarlı küçəsinin bir hissəsində təmir işləri aparılır - FOTO

Yasamal
Vətəndaşların təhlükəsiz və komfortlu hərəkətinin təmin olunması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayan hissəsində qısa müddətli təmir işləri həyata keçirilir. 1news.az AAYDA-daya istinadən xəbər verir ki, Təmir çərçivəsində sözügedən ərazidə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü sökülərək yeni asfalt-beton örtüyü ilə əvəz olunacaq.
Bu məqsədlə əvvəlcə mövcud asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Təmir işlərinin 25 sentyabr tarixində, axşam saat 24:00-dək başa çatdırılması nəzərdə tutulur.
Seçilən
42
1news.az

1Mənbələr