AZ

ISW: Rusiyanın bəyanatı Ukrayna torpaqlarına iddiaları davam etdirdiyini göstərir

Rusiyanın Xarkov vilayətində hücuma başlamaq niyyəti ilə bağlı açıq bəyanatı ölkənin Ukrayna torpaqlarına dair iddialardan imtina etmədiyini göstərir.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) sentyabrın 23-də yayımladığı hesabatda bildirib.

ISW-nin məlumatına görə, Moskvanın bu mövqeyi, Rusiya rəhbərliyinin dəfələrlə əsas məqsədlərin yalnız Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri ilə məhdudlaşdığı barədə açıqlamalarına ziddir.

//Samir Qurbanov, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr