AZ

İmişlidə toyda kütləvi zəhərlənmə olub - Yenilənib

Sentyabrın 24-ü saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.

***

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 15 nəfər zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.

Onlara ilkin tibbi yardım göstərilir.

Xəstəxanaya daxil olan şəxslərin eyni toyda iştirak etdiyi bildirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
6
14
anews.az

10Mənbələr