“Benfika”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya çempionatının təxirə salınmış I tur oyununda “Riu Ave” ilə heç-heçə (1:1) bitən matçdan sonra VAR-ın fəaliyyətini tənqid edib.
90deqiqe.Az-ın məlumatına görə, "Record" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Bu nəticə tamamilə ədalətsizdir. Çünki qələbə qazanmaq istəyən yalnız bir komanda var idi, digərinin məqsədi isə heç-heçə idi. Amma futbol belədir. Mənim xoşuma gəlmir ki, monitor arxasında oturan insan oyunun əsas qəhrəmanına çevrilsin”
Qarşılaşma zamanı baş hakim Serjiu Gelyu VAR-a baxdıqdan sonra “Benfika”nın vurduğu qolu lissabonluların müdafiəçisi Nikolas Otamendinin qayda pozuntusuna görə ləğv edib.
Altı turun ardından “Benfika” 14 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.