AZ

İlham Əliyev burada liderlik göstərir - Yıldırım

Ötən il Bakıda keçirilən COP29 daha bir parlaq nümunədir.

Axar.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn il NATO gələcək planları üçün Türkiyənin paytaxtı Ankarada toplantı keçirəcək:

“Bu, regional oyunçuların qlobal müzakirələrə ev sahibliyi edə biləcəyini göstərir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr insanları mədəniyyət, iqtisadiyyat, bağlantı ətrafında birləşdirir. Bu layihələr BTC, TANAP, TAP və digərləri vasitəsilə Asiyanı Avropaya birləşdirir”.

O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri sabitlik və əməkdaşlıq üçün yeni səhifə ola bilər:

“Bu nailiyyət təkcə milli maraqları təmin etmir, həm də regional inteqrasiyaya və iqtisadi inkişafa yol açır”.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev uzun müddətdir davam edən Azərbaycan-Ermənistan münaqişəsinin həllində liderlik göstərir.

Seçilən
17
19
axar.az

10Mənbələr