GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Almaniyanın müdafiə naziri Boris Pistorius Baltik dənizində alman freqatının üzərindən Rusiya hərbi təyyarəsinin uçması insidentinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, nazir bu hadisəni təxribat adlandıraraq Almaniya Silahlı Qüvvələrinin (Bundesver) sayının artırılmasının vacibliyini vurğulayıb.
“Putin NATO-ya üzv dövlətləri təxribata çəkmək istəyir. O, alyansdakı zəif cəhətləri müəyyənləşdirmək ifşa etmək və onlardan istifadə etmək niyyətindədir. Ordunun artırılmasına qərar vermişik. Ola biləcək hansısa təxribat anında onlar hücuma keçə bilər”, – deyə Pistorius bildirib.
O, Almaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əsgərlərin sayının 460 min nəfərə çatdırılmasını təklif edib.
Pistoriusun sözlərinə görə, Rusiya ilə bağlı son gərginliklər NATO ölkələrinin daha sıx əməkdaşlıq etməsini və hərbi potensialını artırmasını zəruri edir.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.