AZ

Daha bir yerüstü stansiya tikiləcək

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yerüstü stansiya metronun Yaşıl xəttinə aid olacaq:

“Stansiya xüsusi qrafiklə işləyəcək və şərti olaraq “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək”, - B.Məmmədov əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Bakmil” və “Xocəsən” yerüstü stansiyaları inşa olunmuşdu.

"Cebheinfo.az" 

Seçilən
34
14
cebheinfo.az

10Mənbələr