AZ

Azərbaycan Qran Prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb

Bakı.Trend:

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ABŞ-da bumərhələnin televiziya yayımları tarixində ən populyar yarışolub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, Formula-1-inyayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPNrekord tamaşaçı marağı qeydə alıb.

Bazar günü keçirilən əsas yarışın canlı yayımı demək olar ki,1,1 milyon tamaşaçı topladı — bu, Azərbaycan Qran Prisi Amerikateleviziya tarixində ən yüksək göstəricisidir. Qeyd edək ki, yarışABŞ vaxtı ilə səhər saatlarda start götürüb. Əvvəlki rekord 2021-ciildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə burəqəm 865 min idi.

Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarındaFormula-1 yarışlarının televiziya auditoriyası orta hesabla 1,4milyon nəfər təşkil edir. Bu da ABŞ-da Formula-1 yayımlarınıntarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ciildə 1,21 milyon tamaşaçı olmuşdu.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi19–21 sentyabr tarixlərində baş tutub. Yarışın qalibi Red Bullkomandasının pilotu Maks Ferstappen olub.

Seçilən
19
10
az.trend.az

10Mənbələr