AZ

Tokayev Koşerbayevi xarici işlər naziri təyin edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Yermek Koşerbayevi xarici işlər naziri təyin edib.

İki sahil” xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezidentinin iqamətgahı – red.) məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Yermek Bedelbayeviç Koşerbayev Qazaxıstan Respublikasının xarici işlər naziri təyin edilib və əvvəlki vəzifəsindən azad edilib”, - məlumatda deyilir.

2025-ci ilin fevralından Koşerbayev baş nazirin müavini vəzifəsində çalışır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr