AZ

Azərbaycan Milli QHT Forumu Anım Günü ilə bağlı bəyanat yayıb

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu "Dəmir Yumruq əməliyyatı" kimi dünya hərb tarixinə düşən əks-hücum əməliyyatına başladı. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Qeyri Hökümət Təşkilatı (QHT) Forumunun bəyanatında qeyd olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi, milli ləyaqət nümunəsinə çevrilib: "27 Sentyabr – Anım Günü Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümüdür. Şəhidlərimizin hünəri və qanı bahasına yazılan bu zəfər tarixi ədaləti təmin etdi, regional güc balansını Azərbaycanın xeyrinə dəyişdi, gələcək nəsillərə təhlükəsizlik və tərəqqi miras qoydu.

Biz fəxr edirik ki, şəhidlərimiz 44 günlük müharibənin gedişində Gəncə, Tərtər və Bərdə rayonlarında dinc əhaliyə qarşı raket hücumlarının qisasını döyüş meydanında aldı. Biz bundan sonra da şəhidlərimizin şərəfli həyat yolunu öyrənəcək və öyrədəcək, onların tarixi missiyasını unutmayacağıq".

Bəyanatda həmçinin qeyd olunub ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi ərazi bütövlüyünü, 2023-cü il 19-20 sentyabr tarixində keçirilən əməliyyat dövlət suverenliyini tam bərpa etdi:

"Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrinin icrasına nail oldu. Hazırda azad edilmiş ərazilərdə dünyada bənzəri olmayan geniş bərpa və quruculuq işləri aparılır, "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı həyata keçirilir.

Azərbaycan beynəlxalq hüququn prinsiplərinə – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına sadiq qalaraq, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində qətiyyətli addımlar atır. Bu ilin 8 avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə tarixi əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycanın əsas ərazisi ilə Naxçıvan bölgəsi arasında maneəsiz bağlantının – Zəngəzur dəhlizinin reallaşmasını da təmin edəcək".

Qeyd olunub ki, Azərbaycan QHT-ləri qəhrəman şəhidlərin ailələrinə bundan sonra da müqəddəs əmanət kimi yanaşacaq:

"Bütün bunlar həm də şəhidlərimizin fədakarlığı, müharibə veteranlarımızın əzmi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik siyasəti, yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev müharibənin qalibi olduğu kimi, sülhün də müəllifidir.

Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumu şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, onların ruhu qarşısında baş əyir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
15
sia.az

10Mənbələr