AZ

Minik avtomobili ağaca çırpıldı, sürücü ÖLDÜ

Ajans.az “Report”a istinadla xəbər verir ki, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Quba rayonu Aşağı-Xuc kəndsakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Ceyhun Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb. Avtomobildə olan sərnişin – 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
31
8
Ajans.az

10Mənbələr