ain.az, Moderator.az portalına istinadən məlumat yayır.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda qəza baş verib.
Moderator.az-ın Report-a istinadən məlumatına görə, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi VAZ-21011 markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb.
Avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.