AZ

“Türkiyə hər zaman Suriya, Ukrayna və Qəzzada sülh üçün çalışıb” − Ərdoğan


“Türkiyə münaqişələrin tüğyan etdiyi qonşularından üz döndərə bilmir və Suriya, Ukrayna və Qəzzada sülhün bərqərar olması üçün çalışır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“14 il ərzində məzlum suriyalılara bütün imkanlarımızla dəstək olduq. Dünyanın bir çox ölkəsi Suriya xalqına arxa çevirəndə belə, biz onları heç vaxt tərk etmədik. Rusiya-Ukrayna qarşıdurması zamanı da eyni şeyi etdik. Silah baronları “atəşə yanacaq” tökərkən biz ədalətli sülh üçün çalışırdıq. İndi də eyni şeyi Fələstində və Qəzza zolağında edirik”, - Ərdoğan deyib.
İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada apardığı siyasətə də toxunan Ərdoğan, “Netanyahu və onun öldürücü dəstəsi ən müasir silahlarla Fələstinli mülki vətəndaşlara hücum edir, günahsızların üzərinə bombalar yağdırır” deyib:
“Qəzzada qocalar və uşaqlar vəhşicəsinə qətlə yetirilir. Qəzzada aclıqdan kütləvi qırğın silahı kimi istifadə edilir. İnsanların həyatını xilas etməyə çalışan tibb işçiləri və soyqırımı sənədləşdirən mətbuat mənsubları bütün dünyanın gözü qarşısında öldürülür”.
Seçilən
19
6
yeniavaz.com

7Mənbələr