1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Baku TV Vətən yolunda igidlik göstərərək canından keçən şəhid Devid Cəlilov haqqında reportaj hazırlayıb.
Şəhidin anası Sevinc Cəlilova oğlu ilə bağlı xatirələrini bölüşüb: "Devid iki bacının bir qardaşı idi. Ailəmizin ən qayğıkeş, mərhəmətli, gülərüz, səmimi üzvü idi. Kiçik yaşlarından polis olmaq istəyirdi. Buna görə idmanın bütün növləri ilə məşğul olardı.
"Mən də Mübariz kimi qəhrəman olacağam" deyirdi. Arzusu qəlblərdə yaşamaq idi. Buna da nail oldu. Bilirəm ki, indi onun ruhu da şaddır".
Daha ətraflı süjetdə: