AZ

Praqada keçirilən Açıq Avropa Turnirinin ilk günündə Azərbaycan cüdoçuları 4 medal qazandı

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri start götürüb.

Operativ Media xəbər verir ki, ilk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb. 

-66 kq çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb. İslam Rəhimov qızıl, Nazir Talıbov isə gümüş medala yiyələnib. -60 kq çəkidəki təmsilçilərimiz Hüseyn Allahyarov və Murad Muradlı üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.

Günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycan ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, turnirə 35 ölkədən 405 idmançı qatılıb.

Seçilən
9
9
operativmedia.az

10Mənbələr