AZ

Zərdabda ana körpəsini maşında doğdu

Zərdab rayonunda qeyri-adi doğuş hadisəsi baş verib.

Rayon sakini xəstəxanaya aparılarkən sancıları güclənib və qadın körpəsini yolda, avtomobilin içində dünyaya gətirib.

Hadisə zamanı yaxınlarının köməyi ilə baş tutan doğuş uğurla nəticələnib. Ana və yeni doğulan körpə dərhal Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, həm ana, həm də körpənin vəziyyəti qənaətbəxşdir.

Seçilən
17
4
news365.az

6Mənbələr