AZ

Saşa İliç: Sabah bizdən qat qat güclü idi

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

"Çox çətin oyun oldu. Bu gün bir xal qazandıq. Ötən turda isə xallar itirmişdik. Düzdür, ayrı-ayrı oyunlardır. Sadəcə fikrimcə, "Sabah" güclü rəqibdir, nəinki "Neftçi".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 6-cı turunun "Sabah"la(1:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Hesab etmirsiz ki, futbolçularınız həddən artıq yerdə qalırdı? Hər halda, onlar bunu edərək, öz komanda yoldaşlarının konsentrasiyasını da pozurdu...

- Oyun epizodlarıdır, olan şeylərdir. Burada qeyri-adi heç nə yoxdur. Bu cür güclü rəqiblərlə oyunda mütləq qol şanslarından istifadə etməlisən. Futbolçularımdan razıyam. Sona qədər də çalışdılar.

- Hakim haqda fikriniz necədir?

- O barədə danışmaq istəmirəm.

- "Sumqayıt" son matçda "Neftçi"yə uduzmuşdu və komanda enişdə idi. "Sabah"la matçdakı bərabərlik dönüş nöqtəsi ola bilər?

- "İmişli" və "Neftçi" ilə matçda biz daha güclü idik və qələbəyə daha yaxın olduq. Amma "Sabah"la görüşdə onlar bizdən qat-qat güclü idi. Çalışırıq, davam edirik. Hələ görüləsi işlərimiz var. Tam formaya düşməyən futbolçularımız da var. İşimizi görürük.

Mirbağırağa

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
5
sportal.az

9Mənbələr