AZ

"Qarabağ" - "Kopenhagen" oyununu türk hakim idarə edəcək

Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.

Ölkə.Az xəbər verir ki, qarşılaşmanı Niderlanddan olan FIFA referisi əslən türk Serdar Gözübüyük idarə edəcək. 

Ona Ervin Zeinstra və Patrik İnia kömək edəcək. Dördüncü hakim isə Yannik Van Der Laan olacaq. 

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

 

 

Seçilən
43
8
olke.az

10Mənbələr