AZ

“Düşünmürəm ki, bu hadisə idman etdiyi üçün baş verdi”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Səkkiz gün əvvəl Cabirlə bir yerdə məclisdə idik. Birlikdə şənləndik. Nə bilərdik belə bir şey olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov dostunun qəfil ölümü ilə bağlı danışarkən deyib.

Müğənni Cabir İmanovun daha əvvəl infarkt keçirməsindən xəbərsiz olduğunu, ümumiyətlə belə bir şey baş vermədiyini bildirib: “Həmişə idman edirdi. Düşünmürəm ki, bu hadisə idman etdiyi üçün baş verdi. Cabir həmişə formada olub. Sonuncu dəfə də yaxşı arıqlamışdı, kostyum çox yaxşı yaraşırdı”.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
qafqazinfo.az

4Mənbələr