AZ

Penitensiar müəssisəyə psixotrop maddə keçirilməsinin qarşısı alındı


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır",-əlavə olunub.

ZÜMRÜD

Seçilən
27
18
baki-xeber.com

10Mənbələr