AZ

Rusiya deputatların qorunması üçün milyonlar XƏRCLƏYƏCƏK

Rusiyada Sankt-Peterburq şəhərinin büdcəsindən deputatların qorunması üçün 32 milyon rubl (təxminən 609 min manat) vəsait ayrılacaq.

Bu məbləğ 2025-ci ilin dekabrından 2026-cı ilin iyununa qədər şəhərin deputatlarının təhlükəsizliyinin təmininə xərclənəcək.

Musavat.com xəbər verir ki, bu barədə məlumat dövlət satınalmaları portalında yerləşdirilib.

Sazişə əsasən vəsait aşağıdakı məqsədlər üçün istifadə olunacaq:

Mariinski sarayının (şəhər parlamentinin yerləşdiyi bina) 24 saatlıq mühafizəsi;

Təhlükə siqnalı verildiyi halda 10 dəqiqə ərzində hadisə yerinə çata bilən xüsusi sürətli reaksiya qrupu;
Deputatların fəaliyyətinə dair əlavə təhlükəsizlik tədbirləri.

“Rosbalt”ın məlumatına görə, söhbət yalnız texniki xidmətlərdən deyil, həm də deputatların şəxsi təhlükəsizliyinin qorunmasından gedir.

Musavat.com

Seçilən
9
2
musavat.com

3Mənbələr