AZ

Cabir İmanovla vida mərasimi keçirilib - FOTO - YENİLƏNİB

Cabir
Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib. 1news.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edirlər.
Qeyd edək ki, Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. Xatırladaq ki, Cabir İmanov dünən ürək tutması səbəbilə vəfat edib. *** 13:45 Bir azdan Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir. 1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, ötən gün 49 yaşında vəfat edən C.İmanov Yasamaldakı “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək. **** 13:20 Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sevilən aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü – XX əsrin çempionu, KVN Teatrı “Planet Bakı oğlanları”nın aparıcı aktyoru, Əməkdar artist, Daxili İşlər Nazirliyinin polkovniki Cabir İmanovla vida mərasimi keçirilir. 1news.az Trend-ə istinadən xəbər verir ki, mərhum 49 yaşında idman zalında infarkt nəticəsində dünyasını dəyişib
Seçilən
38
9
1news.az

10Mənbələr