AZ

“Qarabağ” olduqca güclü təqibdir, qalib gəlməyə çalışacağıq"

"Kopenhagen"in qapıçısı Dominik Kotarski Çempionlar Liqası Liqa mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"la sabahkı oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, o Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündən şikayətlənib:

"Stadionda məşq etdik. Ot örtüyü heç də yaxşı durumda deyil. Amma rəqibimiz də bu stadionda oynayacaq, şərtlər bərabərdir.

Sabah bizi çətin oyun gözləyir. "Qarabağ" olduqca güclü təqibdir. Qalib gəlməyə çalışacağıq".

"Qarabağ" - "Kopenhagen" matçı sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Seçilən
16
49
sportinfo.az

10Mənbələr