AZ

“Qarabağ”a görə Azərbaycana qayıtdı - 10 ildən sonra

Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük avrokuboklarda ikinci dəfə Azərbaycan klubunun oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu idarə edəcək baş hakim 10 il əvvəl də Bakıya gəlib.

O, həmin vaxt "İnter" (hazırkı "Şamaxı") və İspaniya təmsilçisi "Atletik" arasında keçirilmiş UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında iş başında olub. Qarşılaşma heç-heçə yekunlaşıb - 0:0.

40 yaşlı ədalət təmsilçisi 2012-ci ildən beynəlxalq matçlara təyinat alır.

"Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Seçilən
15
13
sportinfo.az

10Mənbələr