AZ

Məşhur yazıçı 7 il azadlıqdan məhrum edilib

Moskvanın Çeremuşkinski Rayon Məhkəməsi yazıçı Dmitri Bıkovu Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaydığına görə qiyabi olaraq 7 il müddətinə həbs edib.


Məhkəmə Bıkovu təqsirli bilib və ona 4 il onlayn hesabların idarə edilməsinə qadağa qoyulmaqla cəzasını 7 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində qiyabi azadlıqdan məhrum edib.


Qeyd edək ki, Bıkov Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d" bəndi (Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması) və Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi (Rusiya qanunvericiliyində nəzərdə tutulmuş xarici agentlərlə bağlı vəzifələrdən yayınma) ilə təqsirli bilinib. O, beynəlxalq axtarışa verilib./APA

Tarix: 1 Oktyabr 2025, 14:01   
Seçilən
15
50
pravda.az

10Mənbələr