AZ

Azərbaycan atıcıları III MDB Oyunlarını 9 medalla bitirdi - FOTO

Qəbələ Atıcılıq Mərkəzində III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlar keçirilib.

İdman.biz xəbər verir ki, yarışın son günündə idmançılarımız daha iki gümüş medal qazanıblar.

Azərbaycanlı idmançı Nərmin Bədəlli stend atıcılığının “trap” növündə fərdi yarışda ikinci yeri tutub. Bu kateqoriyada qızıl medalı rusiyalı atıcı Alina Axatova qazanıb.

Digər Azərbaycanlı idmançı, Mürtəza Novruzlu, da gümüş medala sahib çıxıb. Stend atıcılığının “trap” növündə fərdi yarışda o ikinci, rusiyalı Kiril Baqrov isə birinci yeri tutub.

Bununla da stend atıcılığı üzrə yarışlara yekun vurulub. Azərbaycanlı idmançılar yarışları 9 medalla başa vurublar (5 gümüş, 4 bürünc).

İdman.biz

Seçilən
8
3
idman.biz

4Mənbələr