AZ

MDB Oyunları: Azərbaycan gimnastları sinxron proqramda finala yüksəliblər

Şəki, 2 oktyabr, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında batut gimnastikası üzrə yarışlar davam edir.

AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə idmançılar sinxron proqramda qüvvələrini sınayıblar.

Azərbaycan təmsilçilərindən oğlanlar arasında Maqsud Mahsudov və Hüseyn Abbasov, qızlarda Şəfiqə Hümbətova və Selcan Mahsudova, qarışıq sinxron proqramda isə Selcan Mahsudova və Maqsud Mahsudov finala vəsiqə qazanıblar.

Bu gün, həmçinin final mərhələsində ölkəmizi qızların fərdi proqramında Selcan Mahsudova, komanda yarışlarında isə Şəfiqə Hümbətova, Selcan Mahsudova və Vəfa Əlisultanova, oğlanlar arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.

Seçilən
14
4
azertag.az

8Mənbələr