AZ

Avtomobildən sızan maddə üzünü yandırdı Vəziyyəti ağırdır

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Göygölün Balçılı kənd sakini, 1994-cü il təvəllüdlü Eşqin Abbasov üz nahiyəsində ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, ona ilkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olaraq qalır.

İlkin məlumatlara görə, qəza ehtiyatsızlıq nəticəsində baş verib. Belə ki, E.Abbasovun avtomobilin mühərrikindən sızan kimyəvi maddənin təsirindən yanıq xəsarətləri aldığı qeyd olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
4
qafqazinfo.az

5Mənbələr