AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib .
Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.
Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: "Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var".
Rusiya prezidenti qeyd edib ki, ölkələrin maraqları heç vaxt tam üst-üstə düşmür. O əlavə edib ki, beynəlxalq münasibətlərin bütün tarixi ölkələr arasında öz maraqları uğrunda gedən mübarizədir.
Putin Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı iddialar da münasibət bildirib. O, bu iddiaları cəfəngiyat adlandırıb.
"Avropa Rusiyanın düşmən olması fikrini əsrlər əvvəl uydurub. Avropa elitasının siyasəti yeni bir şey deyil", - o deyib.
Putin Qərb elitasına müraciət edib: "Sakitləşin, dinc yatın və nəhayət, öz problemlərinizlə məşğul olun".
Bununla belə, Putin Avropanın silahlanmasına da münasibət bildirib. O, Moskvanın buna cavabının özünü çox gözlətməyəcəyini söyləyib: "Heç kəs şübhə etmir ki, Rusiyanın Avropanın militarizasiyasına cavabı özünü çox gözlətməyəcək".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta