AZ

DTX 4 nəfəri dövlətə xəyanət ittihamı ilə həbs etdi - Biri keçmiş hərbçidir

Azərbaycanda içlərində hərbçi də olmaqla 4 nəfər dövlətə xəyanətdə ittiham olunur. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub.

Hurriyyet.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər bir müddət əvvəl həbs ediliblər.

Məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. Onlardan Vüsal Ağayev əvvəllər hərbçi olub.

DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına gətiriliblər.

Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Seçilən
16
49
hurriyyet.az

10Mənbələr