AZ

Gürcüstanda bələdiyyə seçkiləri keçirilir

Gürcüstanda bələdiyyə seçkilərinin keçirilməsinə start verilib.

Yenisabah.az xəbəri verir ki, 3 061 seçki məntəqəsində səsvermə prosesi başlayıb.

12 siyasi partiyanın iştirak etdiyi seçkilərdə 64 şəhər və rayon üzrə mer və 2 085 bələdiyyə üzvü seçiləcək. Dördpendirli pizza

Məntəqələrin 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək. Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir ki, onların 3 130 348 nəfəri elektron avadanlıqlardan istifadə etməklə səs verəcək.

Seçki məntəqələri saat 20:00-da bağlanacaq və səslərin hesablanmasına başlanılacaq.


Telegram kanalımız
Seçilən
17
5
yenisabah.az

10Mənbələr