Gürcüstanda bələdiyyə seçkilərinin keçirilməsinə start verilib.
KONKRET.az xəbər verir ki, 3 061 seçki məntəqəsində səsvermə prosesi başlayıb.
12 siyasi partiyanın iştirak etdiyi seçkilərdə 64 şəhər və rayon üzrə mer və 2 085 bələdiyyə üzvü seçiləcək.
Məntəqələrin 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək. Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir ki, onların 3 130 348 nəfəri elektron avadanlıqlardan istifadə etməklə səs verəcək.
Seçki məntəqələri saat 20:00-da bağlanacaq və səslərin hesablanmasına başlanılacaq.