AZ

Bu gün Gürcüstanda yerli seçkilər keçirilir

Vətəndaşlar 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini seçəcək

Bu gün Gürcüstanda yerli seçkilər keçirilir. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu gün yerli vaxtla saat 08:00-da ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kaladarişvili bildirib ki, vətəndaşlar 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini seçəcək. Onun sözlərinə görə, ölkə üzrə 3061 seçki məntəqəsi açılıb, onlardan 2284-ü elektron, 777-si isə ənənəvi keçiriləcək.

Seçicilərin ümumi sayı 3 milyon 513 min 818 nəfərdir.

Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatdan olan müşahidəçilər, eləcə də 73 media orqanının minə yaxın nümayəndəsi izləyəcək.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

Seçilən
20
8
tribunainfo.az

10Mənbələr