Gürcüstanın paytaxtı Tbilisinin İsani rayonunda Navtluqi küçəsində eyni ailənin üzvləri olduğu ehtimal edilən 3 nəfərin meyiti tapılıb.Bu barədə Gürcüstan KİV xəbər verir.
İlkin məlumata görə, faciə kirayədə yaşayan xarici vətəndaşların binanın 22-ci mərtəbəsindən yıxılması nəticəsində baş verib. Ölənlər arasında 12 yaşlı uşaq və 2 yetkin insan var.
Gürcüstan Daxili İşlər Nazirliyi intiharı əsas ehtimal kimi nəzərdən keçirir. İstintaq davam edir.