Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Salyan şəhərində işıqforun keçidində qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçən piyadanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.
***
Salyanda avtomobil qadın piyadanı vuraraq öldürüb. Məlumata görə, hadisə Salyan şəhərində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən Salyan şəhər sakini, 1955-ci il təvəllüdlü Zeynalova Rəna Bəhlul qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.