AZ

Paşinyan Anna üçün kabab çəkdi, ermənilər qəzəbləndi - Video

Ermənistan Baş naziri Nikol Paşinyan şəxsi həyatı ilə bağlı növbəti dəfə yerli medianın gündəminə gəlib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Paşinyan özünün Feysbuk səhifəsində villasında kabab çəkməsi ilə bağlı görüntüləri paylaşıb.

"Anna Çindən gəlib və o kabab istədi”, - Paşinyan paylaşdığı görüntülərdə qeyd edib.

Paşinyanın kabab qonaqlığı verməsi sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb.

Ermənistanın "Mamul" nəşri yazıb ki, görüntülər Paşinyanın Göyçə gölündəki bağ evində qeydə alınıb.

Seçilən
17
4
axar.az

6Mənbələr