AZ

Fransada yeni hökumət təsdiqləndi

Fransada yeni hökumətin birinci hissəsi təsdiqləndi - Bruno Le Mer müdafiə naziri oldu

Fransanın Baş naziri Sebastyen Lekornyunun təqdim etdiyi yeni hökumət tərkibinin ilk hissəsi Prezident tərəfindən təsdiqlənib.

Ən diqqətçəkən dəyişiklik keçmiş iqtisadiyyat və maliyyə naziri Bruno Le Merin müdafiə naziri təyin olunması olub.

Eyni zamanda, bir sıra əsas fiqurlar öz vəzifələrini qoruyub:

- Daxili işlər naziri Bruno Retayo,
- Xarici işlər naziri Jan-Noel Barro,
- Ədliyyə naziri Jerald Darmanin vəzifələrində qalırlar.

Bundan əlavə, Raşida Dati (mədəniyyət naziri), Ketrin Votrin (səhiyyə naziri) və Enni Jenevar (kənd təsərrüfatı və ərzaq naziri) də kabinetdə fəaliyyətlərini davam etdirəcəklər.

Yeni hökumətin ikinci hissəsinin yaxın günlərdə açıqlanacağı gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
1
olaylar.az

10Mənbələr