AZ

Futbol üzrə U 20 dünya çempionatında 1/8 finalçılar bəlli olub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 6 oktyabr, AZƏRTAC

Çilinin ev sahibliyi etdiyi futbol üzrə U-20 dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bununla da 1/8 final mərhələsinə vəsiqə qazanan bütün ölkələr müəyyənləşib.

Beləliklə, bu raundda aşağıdakı yığmalar üz-üzə gələcəklər:

Çili – Meksika

Argentina - Nigeriya

Ukrayna - İspaniya

Kolumbiya - Cənubi Afrika Respublikası

ABŞ - İtaliya

Mərakeş - Cənubi Koreya

Paraqvay - Norveç

Yaponiya - Fransa

Qeyd edək ki, mundiala oktyabrın 19-da yekun vurulacaq. U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
3
azertag.az

5Mənbələr