AZ

Vətəndaşlara nə qədər ƏDV məbləği qaytarılıb?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin təxminən 140 milyon 216 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

News24.az xəbər verir ki, 9 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 7 milyon 928,2 min manat təşkil edib.


Seçilən
89
18
news24.az

10Mənbələr