AZ

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakı.Trend:

AZCON Holding-in tərkibinə daxil olan “Azərbaycan Dəmir Yolları”QSC-nin struktur bölməsi olan Bakı Beynəlxalq Dəniz Limanıvasitəsilə 2025-ci ilin ilk 9 ayı ərzində 6 milyon 108 min ton yükaşırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,7%artım deməkdir və son 22 il ərzində əldə olunan ən yüksəknəticədir.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ən böyük artım konteyneraşırılmasında qeydə alınıb. Belə ki, bu ilin 9 ayı ərzində 77 295TEU konteyner aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi iləmüqayisədə 40,4% artım deməkdir. Bununla yanaşı, quru yüklərinaşırılmasında 36,7%, təkərli texnikaların aşırılmasında isə 1,3%artım müşahidə olunub.

"Bakı Limanının beynəlxalq yükdaşıma marşrutlarındakı rolununmöhkəmlənməsi, tərəfdaşlarla həyata keçirilən effektiv əməkdaşlıqvə yeni logistik təşəbbüslər sayəsində bu pozitiv dinamikanın davamedəcəyi və ilin sonuna göstəricilərin daha da artaraq 100 min TEUtəşkil edəcəyi proqnozlaşdırılır".

Həmçinin vurğulanıb ki, ölkəmizin tranzit gücünün artırılmasıməqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanınillik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 minTEU-dan 150 min TEU-ya yüksəldilib.

Seçilən
12
24
az.trend.az

10Mənbələr