Prezidentin çıxışının mərkəzində sülh və təhlükəsizlik məsələləri dayanırdı. Dövlət başçısı qeyd etdi ki, Təşkilatın əsas sənədi olan Naxçıvan Sazişi məhz bu prinsiplər üzərində qurulub. Bugünkü mürəkkəb beynəlxalq şəraitdə - beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir zamanda - türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlıq model xarakter daşıyır. Yalnız son bir il ərzində iki ölkə arasında 25-dən artıq ikitərəfli və çoxtərəfli hərbi təlimlər keçirilib. Bu, türk dünyasının birliyini praktiki müstəviyə daşıyan ən real addımlardandır.
Dövlət başçısının 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi TDT-nin təhlükəsizlik arxitekturasının daha möhkəm əsaslar üzərində qurulması deməkdir. Bu, həm də türk dövlətlərinin vahid müdafiə konsepsiyasının təməl daşını təşkil edə bilər.
Prezident İlham Əliyevin çıxışında vurğulanan bir mühüm məqam da Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi oldu. 2020-ci il Vətən müharibəsində tarixi Zəfər, həmçinin 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin torpaqları üzərində dövlət suverenliyi bərpa edildi. Bu, yalnız hərbi qələbə deyil, həm də ədalətin və beynəlxalq hüququn bərpası idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31