BAKI, 9 oktyabr. TELEQRAF
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılır.
Bu barədə Teleqraf-a Elm və Təhsil nazirliyindən məlumat verilib.
Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 10 oktyabr 2025-ci il saat 18:00-dək uzadılıb.
Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.